Bu gün İsrail ilə HAMAS arasında danışıqlar davam edəcək

Misirin Şarm əl-Şeyx şəhərində İsrail ilə HAMAS arasında vasitəçilər vasitəsilə keçirilən sülh danışıqları bu gün davam edəcək.

Polise.az xəbər verir ki, bu barədə məlumatı “Reuters“ yayıb.

Oktyabrın 6-da keçirilən danışıqlar zamanı HAMAS girovların azad olunması proseduru, həmçinin Qəzza sektorundan İsrail ordusunun çıxarılması miqyası və qrafiki ilə bağlı öz mövqeyini təqdim edib. Təşkilat, İsrailin davamlı atəşkəsi təmin edib-etməyəcəyindən və qoşunları tamamilə çıxaracağından narahatlıq ifadə edib.

Buna baxmayaraq, Misir mediasının məlumatına görə, danışıqların ilk raundu “müsbət atmosferdə” başa çatıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button