Tramp:Putin bu məsələni həll etməsə, onun üçün çox pis olacaq

ABŞ “Tomahavak” raketlərini Ukraynaya tədarükü ilə bağlı qərar qəbul etməzdən əvvəl bu məsələni Rusiya ilə müzakirə etməli ola bilər.
Musavat.com xəbər verir ki, bunu prezident Donald Tramp Yaxın Şərqə gedərkən təyyarədə jurnalistlərə deyib: “Açığını deyim ki, mən Rusiya ilə Tomahawk haqqında danışmağım lazım ola bilər”.
Tramp həmçinin oktyabrın 11-də Vladimir Zelenski ilə telefon danışığında bu raketlərin çatdırılmasını müzakirə etdiyini bildirib.
O, əlavə edib ki, Ukrayna münaqişəsi “həll olunmayacağı” təqdirdə bu raketləri Kiyevə verə bilər: “Prezident Putin Ukraynadakı münaqişəni həll etsəydi, əla görünərdi. Düşünürəm ki, o bunu etmək niyyətindədir, görəcəyik. Əgər etməsə, bu, onun üçün pis olacaq”.
Amerika lideri vurğulayıb ki, əgər Putin nizamlanmaya razı olmasa, “onun üçün pis nəticələnəcək”.
Müxbirin Rusiya və Ukrayna arasında müharibəyə son qoymağa çalışmaq üçün Moskvada tətbiq oluna biləcək danışıqlardan və sülh prosesindən hansı dərsləri çıxarmaq olar sualına Tramp “əsas odur ki, heç vaxt təslim olmayasan” cavabını verib: “Heç vaxt təslim olmayın. Bilirsiniz, ötən həftə orada 7000-dən çox hərbçi həlak oldu – əsasən əsgərlər və düzünü desəm, ukraynalılardan bir az daha çox ruslar. Amma düşünün: hər həftə onlar 5-7 min əsgər itirirlər. Bu, çılğınlıqdır”.
O, bu məsələni ən sadə məsələlərdən biri hesab etdiyini də qeyd edib. Onun sözlərinə görə, “31 və ya 32 ildir davam edən münaqişənin həlli nəzəri cəhətdən üç ildir davam edən münaqişənin həllindən qat-qat çətindir”.
O, həmçinin vurğulayıb ki, ukraynalılar “çox yaxşı dayanırlar” və “əla döyüşçü” olduqlarını sübut ediblər.
Polise.az



