Ərdoğan Ukraynada böhranın həllində vasitəçi ola bilər-Tramp

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna böhranının həllində vasitəçilik edə bilər.
Teleqraf xəbər verir ki, bu barədə Tramp 13 oktyabr tarixində Şarm-əş-Şeyxdən Vaşinqtona uçarkən jurnalistlərə açıqlamasında danışıb.
“Ərdoğan bunu edə bilər. Onu Rusiyada hörmət edirlər. Ukrayna məsələsində nə deyə bilərəm, bilmirəm. Amma Vladimir Putin onu hörmətlə qarşılayır və o, mənim dostumdur”, – Tramp qeyd edib.
Polise.az



