Polis 4 ton 663 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb

Bu ilin doqquz ayı ərzində polis əməkdaşları qanunsuz dövriyyədən 4 ton 663 kiloqram narkotik vasitə çıxarıb.
Polise.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində cari ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında məlumat verilib.
Qeyd olunub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 582 kiloqram çoxdur.
Polise.az



