Polislər paytaxtda koronavirus əleyhinə profilaktik tədbir keçirdi
Polislər Bakıda vətəndaşlar arasında profilaktik tədbirləri davam etdirir.
Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları könüllülərlə birlikdə paytaxt ərazisində vətəndaşlar arasında karantin qaydaları ilə bağlı profilaktik tədbirlər aparır.
Paytaxtın Dənizkənarı Bulvar, eləcə də “Tarqovı” kimi tanınan ərazilərində vətəndaşlara tibbi maskalar paylanıb.
Polis əməkdaşları vətəndaşlara gigiyena qaydalarına ciddi raiyət etməyi, dezinfeksiyaedici məhlullardan istifadəni tövsiyə edib.