Xamenei: Tramp İranın nüvə sənayesini məhv etdiyini düşünə bilər.

ABŞ Prezidenti Donald Tramp İranın nüvə sənayesini məhv etdiyini düşünə bilər.

“Report”un məlumatına görə, bu barədə İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei “X” səhifəsində yazıb.

Ali lider Donald Trampa ünvanlandığı ismarışda ABŞ Prezidentin İranın nüvə obyektlərini bombalamaqla fəxr etdiyini bildirib: “O, İslam Respublikasının nüvə sənayesini məhv etdiyini zənn edir”.

Ayətullah Xamenei paylaşımında Donald Trampın bu “yanılmasını” vurğulayaraq qeyd edib: “Qoy, belə düşünməyə davam etsin”.

Qeyd edək ki, Xamenei oktyabrın 20-də müxtəlif bilik və idman yarışlarının qalibləri ilə görüşüb. O, görüşdə Donald Trampın İsrailə səfəri zamanı səsləndirdiyi bəyanata münasibət bildirib. Xamənei deyib ki, Tramp “boş sözlər danışır”.

İranın ali rəhbəri bir aya yaxındır ictimaiyyət arasında görünmürdü. Bu, onun ilk çıxışı və görüşüdür.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button