QHT-lər Xankəndidə Əməkdaşlıq Forumu keçirdi

“Konstitusiya və Süverenlik ili”nə həsr olunmuş QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və dəvəti ilə 18-20 oktyabr tarixlərində Xankəndidə ,Konqres Mərkəzində ZƏFƏRİN Əzəmət və hikmətini özündə təcəssüm etdirən,hər addımımızda qəhrəman igidlərimizin hünər və fədakarlığının şahidi olduğumuz,payızın bu gözəl və cazibədar təbiətilə seçilən diyarda düzənlənən Əməkdaşlıq Forumunda iştirak etdim.
Doğrusu,müzakirəyə çıxarılan mövzular,çıxışlarda səsləndirilən təkliflər diqqət çəkdi.
Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Ayğün xanım Əliyeva,
Xankəndi şəhərində,Ağdərə və Xocalı rayonlarında Axərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusifov,
Prezident Administrasiyasının QHT-lərlə iş və Kommunikasiya şöbəsinin QHT-lərlə iş üzrə sektor müdiri Tural Əliyev,
Milli Məclisin sədr müavini,Akademik Rəfael Hüseynov,
Bakı Təşəbbüs Qrupunun rəhbəri Abbas Abbasov,
Milli QHT Forumun İH-nin üzvü Zaur İbrahimli,
Konstitusiya Araşdırmalar Fondunun Prezidenti Əliməmməd Nuriyev və digər ictimai xadimlər çıxış etdilər.
Konstitusiya və Süverenlik ilində həyata keçirilən mövcud tədbirlər bir daha Xalqın süverenliyinin canlı təzahürünün sübutu,xalqın iradəsini ifadə edən Konstitusiyanın mahiyyət və gücünün təcəllası idi.
200-dən çox Vətəndaş Cəmiyyəti üzvlərinin iştirak etdiyi bu tədbir Panel müzakirələri ilə davam etdi.
Möhtərəm Prezident İlham Əliyevin -Xilaskarın daxili və xarici siyasətinin,diplomatiyasının nur saçan xidməti aşkar görünürdü.QHT Agentliyinin Vətəndaş Cəmiyyətinin inkişafındakı rolu və görülən işlər barədə edilə çıxışlar iştirakçılar tərəfindən maraq və məmnunluqla izlənildi.
Əməkdaşlıq Forumunun Azərbaycan Respublikasının Prezidenti İlham Əlyevə müraciəti isə alqışlarla qəbul edildi
Forumun sonunda təqdim edilən bədii hissə incəsənət ustalarının ecazkar səsləri ilə iştirakçılara başqa bir ovqat və bayram əhval ruhiyyəsi bəxş etdi.
Həmin günü saat 17:30-da Xankəndidən Bakıya-Küləklər şəhərinin işıqlı gecələrinə doğru uzanan yolumuza davam etdik…
Forumun təşkilində təşəbbüsə bulunan və əməyi olan hər kəsə,Vətəndaş Cəmiyyətinə uğurlar arzulayırıq…
Bakı-Xankəndi-Bakı
20oktyabr 2025-ci il.



Polise.az



