Ukrayna Almaniyadan “Patriot” sistemləri alıb

Etibarlı hava hücumundan müdafiə sisteminin yaradılması təkcə Kiyevin deyil, həm də onun tərəfdaşlarının maraqlarına cavab verir.

Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımlı bildirib ki, Rusiya Ukrayna savaşı başlanandan bəri Ukraynaya ciddi dəstək verən ölkələr arasında Almaniya da var:

“Almaniya faktiki olaraq ən çox yardım edən güclü ölkələrdən biridir. Son dönəmlərdə ABŞ administrasiyasının Ukrayna Rusiya savaşı ilə bağlı mövqeyi, o cümlədən bu savaşın yükünü Avropanın üzərinə qoymağa çalışması Almaniyanı da digər Avropa ölkələri kimi hərəkətə keçirir. Xüsusilə də son iki ayda Rusiya PUA-larının Almaniya da daxil olmaqla bir sıra Avropa ölkələrinin hava məkanlarını pozması Avropa üçün ciddi təhdid mənasına gəlir. Əslində Avropa qitəsində artıq 4 ildir ki, böyük bir savaş gedir. Avropa ölkələrinin, o cümlədən Almaniyanın Ukraynaya verdiyi dəstək, eyni zamanda, onların öz təhlükəsizliyinin təmin olunmasına verilən dəstək kimi qiymətləndirilir. Hazırda Ukraynanın 4 illik mübarizəsi və müqaviməti Rusiyanın Avropadakı aqressiyasının qarşısının alınmasında ciddi rol oynayır. Avropa ölkələri çox yaxşı anlayır ki, Ukraynanın bu savaşı uduzması Rusiyanın Ukraynada hədəflərinin gerçəkləşməsi ilə nəticələnəcək və bu da Avropanın təhlükəsizliyi üçün ciddi problemlər yaradacaq. O baxımdan bu dəstək verilir. Xüsusilə də “Patriot” sistemlərinin, yəni hava hücumundan və dronlardan müdafiə sistemlərinin Ukraynaya verilməsi, həmçinin birgə istehsal sahələrinin qurulması Ukraynanın imkanlarını artırır və müdafiənin etibarlılığını yüksəldir. Hazırkı dövrə qədər Ukraynaya bir neçə “Patriot” batareyası göndərilib. Əlbəttə, “Patriot” hava hücumundan müdafiə sistemləri yüksək keyfiyyətli sistemlər hesab olunsa da, hazırda bu sistemlərdən dronlara qarşı mübarizədə istifadə edilməsi həm real deyil, həm də həddindən artıq bahadır. Bu sistemlər daha çox aviasiya vasitələrinə və Rusiyanın dağıdıcı raketlərinə qarşı effektiv rol oynayan sistem kimi qəbul olunur. Bu yardım həm Ukrayna cəmiyyətində, həm də Ukrayna ordusunda mənəvi-ruhi əhvalı yüksəldir, onların mübarizə əzminə müsbət təsir göstərir və Ukraynanın müdafiə potensialını, müqavimət imkanlarını artırır. O baxımdan bu cür addımlar əhəmiyyətli yardımlar hesab olunur”.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button