Ərdoğan: Qarabağın azadlığa qovuşması Türk dünyası üçün böyük qürurdur

Qarabağın azadlığa qovuşması sadəcə Azərbaycan üçün deyil, Türk dünyası üçün də böyük qürurdur.
Polise.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı deyib.
O bildirib ki, bu, Türk dünyası tarixində böyük şərəfdir və tarixə qızıl hərflərlə yazılıb.
Ərdoğan Azərbaycan Silahlı Qüvvələrinin bütün mənsublarını və Prezident İlham Əliyevi bir daha təbrik edib.
Polise.az



