Hikmət Mirzəyev paradda – VİDEO

8 Noyabr – Zəfər Gününün 5-ci il dönümünə həsr olunan hərbi paradda Quru Qoşunların Bayrağı altında Ordu korpuslarının parad heyətlərinin keçidi olub.
“AzPolitika” xəbər verir ki, parad heyətlərinə müdafiə nazirinin müavini, Quru Qoşunların Komandanı, general-polkovnik Hikmət Mirzəyev başçılıq edib.
Birinci Ordu Korpusunun parad heyətinə “Qarabağ” ordenli polkovnik Teymur Məmmədov başçılıq edib.
İkinci Ordu Korpusunun parad heyətinə “Rəşadət” ordenli general-mayor Vilayət Quliyev rəhbərlik edib.
Üçüncü Ordu Korpusunun parad heyətinə “Azərbaycan Bayrağı” ordenli general-mayor Bilal Çompuzov başçılıq edib.
Dördüncü Ordu Korpusunun parad heyətinə “Vətənə xidmətə görə” ordenli general-mayor İdris Məhərrəmov rəhbərlik edib.
Beşinci Ordu Korpusunun parad heyətinə “Zəfər” ordenli general-mayor Akif Pirverdiyev başçılıq edib.
Sözügedən görüntüləri təqdim edirik:
Polise.az



