Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

Türkiyənin Azərbaycandakı səfirliyi 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.
Polise.az xəbər verir ki, bu barədə səfirliyin “X” platformasında qeyd edilib:
“9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, böyük zəfərin ucalmış şanlı bayrağının suveren və qüdrətli Azərbaycanın səmasında əbədi dalğalanmasını arzu edirik”.
Polise.az



