XİN Pakistanda baş vermiş terror hücumlarını pislədi

“Pakistanın İslamabad və Vana şəhərlərində baş verən və çoxsaylı insan tələfatına səbəb olan terror aktı xəbərindən dərin kədər hissi keçiririk”.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında məsələ ilə bağlı açıqlamasında deyilir.

“Bu dəhşətli terror aktlarını qətiyyətlə pisləyir və qurbanların ailələrinə, qardaş Pakistan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralananların hamısının tezliklə sağalmasını arzulayırıq”, – açıqlamada bildirilir.

XİN-in açıqlamasında həmçinin Azərbaycanın bütün forma və təzahürlərində terrorizmlə mübarizədə Pakistanla tam həmrəy olduğu bildirilib.

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button