“SƏNİ SEVƏN ÖLDÜ, ZALIM, HABERİN VARMI?!”

Səddam Hüseynin ilk və son məhəbbətinin tarixçəsi…
Səddam Hüseyn 1937-ci ildə İraqın Tikrit şəhərinin Al Avya kəndində çoban ailəsində anadan olmuşdur. Erkən yaşlarında atasını itirən Səddamın anası ikinci dəfə ərə getmiş və Səddam ögey atasından yalnız işgəncələr görmüşdür. Bu üzdən də o, əmisinin yanına köçərək, bir müddət onun himayəsində yaşamışdır. Səddam gəncliyində Rizvanə (yaxud Rövzanə) adlı gözəl bir gıza aşiq olmuşdur.Bir-birilərinə könuldən bağlansalar da, qızın valideynləri Səddamı əsli-nəcabəti bilinməyən bir ailədən çıxmış avara kimi xarakterizə edərək, Rizvanəni ona verməmişlər.
Zaman keçir, Səddam hərbi xidmətdə olarkən sevdiyi qızı basqa birisinə ərə verirlər. Səddam orduda olanda yaxın dostu Əl-Rəşid (sonralar prezident qvardiyasının rəisi olmuşdur) bu pis xəbəri ona çatdırır. Aldığı xəbərdən sarsılan Səddam Bağdada gəlir və oradakı qruplaşmalara qoşulur, çox keçməmiş siyasət meydanına atılır, hətta 1959-cu ildə prezident general Abdulkərim Qasımın öldürülməsində iştirak edərək ölkədə tanınmış bir şəxs olur.
İllər keçir…Səddam artıq İraqın prezidenti olanda Rizvanəni xatırlayır və Ər-Rəşidə tapşırır ki, gizli şəkildə, heç kəsə bildirmədən qızın yerini öyrənib, ona xəbər gətirsin.
Keçmiş məhəbbətinin Bağdaddan bir qədər aralıda, hansısa rayonun bir kəndində, çox pis vəziyyətdə, ac-yalavac halda yaşadığını öyrənən Səddam mühafizəçilərindən ayrıca, tək özü Rizvanənin olduğu həmin kəndə gəlir. Artıq əri ölmuş və dul qalmış Rizvanə bu vaxt tarlada çox ağır zəhmətə qatlaşaraq, bir qarın yeməyə onun-bunun sahəsində günəmuzd işləyir, iki övladını zillətlə, göz yaşlarıyla saxlayırdı.
20 ildən sonra, Rizvanənin işlədiyi tarlanın kənarına avtomobillə tək gəlmiş Səddam şüşəni azca aralayaraq, uzaqdan-uzağa keçmiş sevgilisinə həsrətlə baxır, lakin ərəb dünyasının qaydalarına rəğmən qadınla hal-əhval belə tutmur. Səddam həmin yerə bir neçə dəfə gedib-gəlir, həmişə də saraya dönəndə hamı prezidentin ağladığını aşkar hiss edir. Heç kim bilməsə də, təkcə təhlükəsizlik xidmətinin rəisi Ər-Rəşid Səddamın bu göz yaşlarının nə demək olduğunu gözəl anlayırdı.
Səddam hamıdan gizli şəkildə Rizvanəyə Bağdadın düz mərkəzində torpag sahəsi ayırır, prezident təqaüdu təyin edir, hər cür şəraiti olan mülk tikdirərək hədiyyə edir, amma özu heç zaman oraya nəinki ayaq basmır, hətta ilk məhəbbəti ilə kəlmə belə kəsmir.
Səddam ömrünün son dəqiqələrində Rizvanəyə bir məktub yazaraq, Ər-Rəşidə verir və məktubu Rizvanəyə çatdırmağı ona tapşırır.
Bu arada İraqda hərə öz başının hayına qaldığı kimi, Ər-Rəşid də Səddamın məktubunu Rizvanəyə çatdırmağı unudur. Yalnız Səddam edam olunduqdan sonra, Ər-Rəşid macal tapıb sabiq prezidentin və dostunun məktubunu Rizvanəyə catdira bilir.
Həmin məktubda bu sözlər yazılmışdı: “Səni sevən öldü, Rizvanə!”
Məlum olduğu kimi, türklər bu nakam məhəbbət haqqında gözəl bir musiqi də bəstələyiblər: “Seni seven öldü, ZALİM, haberin varmı?! (c)

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button