Milli Məclisdə vacib təklif: Əhalinin sosial vəziyyətin yaxşılaşdırılması üçün QHT-lərə verilən vəsait artırılmalıdır

Bələdiyyələrin imkanları zəif olduğundan ölkədə əhalinin sosial vəziyyətin yaxşılaşdırılması məqsədi ilə Qeyri-Hökumət Təşkilatlarının (QHT) rolundan istifadəyə üstünlük verilməli və onlara verilən vəsait artırılmalıdır.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin bugünkü birgə iclasında bildirib.
O qeyd edib ki, qələbədən sonra daha çix diqqət əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəltməliyik. “Xüsusən də yaslı, ahıl insanlara qarşı diqqət artırılmalıdır. Bunun üçün də QHT-lərə verilən qrant həcmlər artırılmalıdır”.
Deputat bildirib ki, 9 ayın nəticələrinə görə regionlarda və Bakıda otel profilli obyektlərin cəmi 26 faiz imkanından istifadə olunub. “Bu sosial həyatın aktiv olmaması, turizm sektorunun inkişaf etməməsi ilə bağlıdır. Biz elə etməliyik ki, turistlər gedib bu imkanlardan istifadə etsin”.
Polise.az



