Suriya prezidenti İsraillə tarixi danışıqları təsdiqlədi -Biz İran qüvvələrini ölkədən qovduq

Suriya Prezidenti Əl-Şara “The Washington Post”a verdiyi müsahibədə ölkəsinin həm İsraillə, həm də Rusiya ilə münasibətləri barədə sensasion açıqlamalar verib.
Musavat.com xəbər verir ki, Suriya və İsrail arasında birbaşa danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub. Lakin yekun saziş üçün İsrailin 8 dekabr tarixindən əvvəlki sərhədlərə qayıtması əsas şərt kimi irəli sürülüb.
Əl-Şara bildirib:
“İsrail həmişə Suriyadakı vəziyyətdən narahat olduğunu deyirdi, çünki o, İran silahlı birləşmələri və “Hizbullah”dan gələn təhdidlərdən qorxurdu. Biz artıq bu qüvvələri Suriyadan çıxarmışıq”.
Prezident həmçinin qeyd edib ki, Suriya üçün Rusiya mühüm tərəfdaş olaraq qalır, çünki Moskva BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür.
“Bizə bəzi məsələlərdə onların səsi lazımdır və aramızda strateji maraqlar var. Biz Rusiyanı Suriyaya qarşı alternativ qərarlar qəbul etməyə məcbur etmək istəmirik,” – deyə o, vurğulayıb.
Əl-Şara əlavə edib ki, Suriya hələ yolun əvvəlindədir. Keçmiş prezident Bəşər Əsədin Rusiyada yaşaması ilə bağlı suala cavabında isə o bildirib ki, Dəməşq onun məsuliyyətə cəlb olunmaq hüququnu özündə saxlayır.
Polise.az


