İran 12 günlük müharibəyə görə ABŞ-dən təzminat tələb etdi

“ABŞ Prezidenti Donald Trampın İsrailin İrana hücumu ilə bağlı son açıqlamaları Vaşinqtonun bu hücumda birbaşa rolu və məsuliyyətini göstərir”.

Teleqraf xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi BMT baş katibi və Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubunda bildirib.

O deyib ki, bu hücum BMT Nizamnaməsinin açıq şəkildə pozulmasıdır və İran öz hüquqlarını hüquqi yolla tələb etmək və təzminat almaq haqqını özündə saxlayır.

Abbas Əraqçi məktubunda yazıb: “Biz BMT-dən İsrail və ABŞ-nin qanun pozuntularına cavab olaraq qəti tədbirlər görəcəyini və məsul şəxslərin cavabdehliyini təmin edəcəyini gözləyirik”.

Nazir əlavə edib ki, ABŞ bu pozuntular nəticəsində İran və vətəndaşlarına vurulan maddi və mənəvi zərərləri tam şəkildə ödəməyə borcludur: “Zərərin ödənilməsi öhdəliyi vəziyyətin əvvəlki halına qaytarılması və beynəlxalq hüququn qəbul olunmuş prinsipləri əsasında təzminatın verilməsini əhatə edir”.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button