İsrail Norveç Baş nazirinin səfərinə “yox” dedi

İsrail hökuməti Norveç Baş naziri Yonas Storun ölkəyə səfərini rədd edib.
Musavat.com xəbər verir ki, “The Times of Israel”in məlumatına görə, rəsmi açıqlamada səfərin təşkilinə vaxtın çatmadığı bildirilsə də, Storun sözlərinə görə, İsrail onun səfərini arzu olunmaz hesab edib.
Norveç lideri planlaşdırırdı ki, oktyabr ayında, ABŞ Prezidenti Donald Trampın təşkil etdiyi Qəzza sektoru sammitindən sonra İsraili ziyarət etsin. O, bu səfər çərçivəsində Yaxın Şərq ölkələri ilə danışıqlara başlayaraq, Norveçin bölgənin bərpasına “xüsusi töhfəsini” müzakirə etməyi nəzərdə tuturdu.
Rəsmi izahda səfərin təxirə salınması “görüşlərin təşkilinə vaxtın çatmaması” ilə əlaqələndirilsə də, diplomatik dairələr bu qərarı ölkələr arasındakı münasibətlər fonunda da şərh edirlər.
Polise.az



