Dünya nüvə müharibəsinin bir addımlığında imiş – İllər öncəki böhranın detalları məlumat oldu

ABŞ-də 11 Sentyabr 2001-ci il hücumlarının yaratdığı xaosda illərlə gizli saxlanılan kritik anlara dair yeni iddialar ortaya çıxıb. 

İngiltərənin keçmiş Hərbi Dəniz Qüvvələri komandanı, admiral Lord Alan Vest bildirib ki, həmin gün ABŞ Prezidenti Corc Buş ölkənin nüvə sistemlərini demək olar ki, aktiv vəziyyətə gətirib. Tək bir qərar dəyişikliyi isə dünyanı fəlakətdən xilas edib.

Admiral Vestin sözlərinə görə, hadisələr baş verərkən ABŞ tərəfi üç əsas nüvə sistemini – strateji hava qüvvələrini, qitələrarası ballistik raketləri və yeraltı raket siloslarını eyni anda hazır vəziyyətə gətirməyə başlayıb.

Vest isə öz hərbçilərinə yalnız bir əmr verib:“Heç nə etməyin.”

Hücumların ilk dəqiqələrində Vaşinqtonla Moskva arasında əlaqələr demək olar ki, kəsilib. Prezident Buş “Air Force One” təyyarəsindən Vladimir Putinlə əlaqə saxlaya bilməyib. Bu informasiya boşluğu Moskvada “ABŞ hücuma hazırlaşırmı?” sualını doğuraraq ciddi narahatlıq yaradıb.

Keçmiş ABŞ milli təhlükəsizlik müşaviri Kondoliza Raysın müdaxiləsi sayəsində əlaqə bərpa edilib və nüvə hazırlığı dayandırılıb. Bu hadisə göstərib ki, dünya həmin gün saniyələr içində nüvə müharibəsinə sürüklənə bilərdi.

Vestin məlumatına görə, ABŞ-nin üç ayrı hərbi bazasında yerləşən bombardmançı təyyarələrdə onlarla canlı, istifadəyə tam hazır nüvə başlığı var idi. Eyni zamanda, hündür ranqlı səlahiyyətlilər arasında rabitə iflic olmuşdu – bu da hər an nəzarətdən çıxan avtomatik nüvə refleksinin tetiklenməsi riskini artırmışdı.

Admiral Vest həmçinin bu gün üçün də riskin əvvəlkindən qat-qat yüksək olduğunu bildirib:“Rusya NATO ilə genişmiqyaslı müharibəni uduzarsa, Putin nüvə silahına müraciət edə bilər”.

Onun fikrincə, Ukrayna müharibəsi Avropa və Türkiyə üçün yeni və təhlükəli bir nüvə dövrünün başlanğıcını qoya bilər.

“AzPolitika.info”

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button