Ərdoğan: Qəzzada atəşkəs qlobal sülh üçün çox vacibdir

“Qəzzada atəşkəsin davamlı olması dünyada sülhün yaranması üçün mühüm əhəmiyyət kəsb edir. Amma 70 mindən çox uşaq, qadın və dinc insanların itkisini kompensasiya etmək, gələcək nəsillərin şüurunda açılan yaraları silmək mümkün olmayacaq”

Polise.az  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilən G20 Liderlər Zirvəsi çərçivəsində keçirilən sessiyasında çıxışı zamanı bildirib.

Prezident Ərdoğanın çıxışından diqqətçəkən məqamları təqdim edirik:

– Biz 2035-ci ilə qədər hazırkı günəş və külək enerjisi imkanlarımızı dörd dəfə artırmağı planlaşdırırıq. Bu il biz bərpa olunan enerji payını 60 faizdən çox artırdıq.

– Gələn ilin noyabrında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 31-ci Konfransını Türkiyədə keçirməyi planlaşdırırıq.

– Qəzzada atəşkəsin davam etdirilməsi qlobal sülh üçün çox vacibdir. BMT-nin məlumatlarına görə, İsrailin Qəzzada törətdiyi dağıntılar Fələstinin inkişaf səylərini ən azı 70 il geridə qoyub. Qəzzada təkcə binalar deyil, ətraf mühiti də məhv edilib. 70 mindən çox uşaq, qadın və dinc insanların öldürülməsi nə kompensasiya edilə bilər, nə də bunun gələcək nəsillərə vurduğu yaralar silinə bilər.

– Bu mərhələdə həm Qəzzada humanitar yardım fəaliyyətini sürətləndirmək, həm də gecikmədən yenidənqurma işlərinə başlamaq vacibdir. Qəzzaya humanitar yardımın koordinasiyasında Birləşmiş Millətlər Təşkilatının rolunu əvəzsiz görürük. Biz hər zaman olduğu kimi atəşkəsi qorumaq və Qəzzanın yenidən qurulmasına töhfə vermək üçün Fələstin xalqının yanında olmağa qərarlıyıq və hazırıq. Bir daha bildirirəm ki, biz davamlı sülhə aparan yeganə yol olan iki dövlətli həll üçün səylərimizi davam etdirməliyik.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button