Hikmət Hacıyev: QHT-lər türk əməkdaşlığının aparıcı qüvvəsidir

“Türk dünyası bu gün getdikcə daha sıx şəkildə bir araya gəlir və Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlıq geniş istiqamətləri əhatə edir”.

Polise.az  xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev TDT-yə üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunda çıxışı zamanı deyib.

H. Hacıyev bildirib ki, TDT çərçivəsində 34 istiqamət üzrə dövlət qurumlarını birləşdirən müxtəlif platformalar fəaliyyət göstərir:

“QHT-ləri bir araya gətirən belə bir format isə ilk dəfə olaraq təsis edilir. QHT-lərin və vətəndaş cəmiyyəti institutlarının bu prosesə qoşulması insanlararası əlaqələrin inkişafında mühüm rol oynayır. Məmnuniyyətlə qeyd edirik ki, Türk dünyasını birləşdirən bu yeni əməkdaşlıq formatının əsası yaradılır”.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button