Trampın mövqeyini Merz və Starmer dəyişib? – İDDİA

Ukrayna və Avropa ölkələrindən gələn sərt tənqidlərdən sonra ABŞ administrasiyası münaqişənin nizamlanmasına dair 28 maddəlik ilkin planının əsas bəndlərini yumşaltmağa başladı.
Eyni zamanda Moskva hələ ki, istənilən kompromisi rədd edir. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Rusiya əvvəlki tələblərindən – xüsusən NATO-nun genişlənməsinə qadağa və Qərb silahlarının Şərqi Avropadan çıxarılması geri çəkilə bilməz.
Qəzetin məlumatına görə, ABŞ-nin mövqeyinin hazırkı yumşalmasına Almaniya kansleri Fridrix Merz və Böyük Britaniyanın Baş naziri Kir Starmerin birbaşa telefon zəngləri təsir edib.
Tramp özü artıq ultimatumdan geri çəkilib və jurnalistlərə belə deyib: “Xeyr, bu son təklif deyil. Biz bunu istər belə, istər elə bitirməyə çalışırıq”.
Polise.az



