“Ukraynanın bölünməsi yolverilməzdir”-Ursula fon der Lyayen

Polise.az xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ukraynanın ərazi bütövlüyü ilə bağlı qəti mövqe nümayiş etdirib. O bildirib ki, Avropa ABŞ-ın müharibəni dayandırmaq təşəbbüslərinə təsir göstərmək üçün bütün imkanlardan istifadə edir.

Fon der Lyayen vurğulayıb:

“Əgər biz bu gün sərhədlərin pozulmasını legitimləşdirib rəsmiləşdirsək, sabah yeni müharibələrin qarşısını ala bilmərik. Biz buna yol verə bilmərik”.

Aİ rəsmisinin sözlərinə görə, Ukraynanın istənilən şəkildə bölünməsi həm Avropa təhlükəsizliyi, həm də beynəlxalq hüquq baxımından qəbuledilməzdir.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button