Avropa ABŞ-nin sülh planının əsas detallarını bilmir

Avropa ölkələrinin nümayəndələri ABŞ-nin Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı sülh planının müzakirələrində iştirak etsələr də, danışıqların bir çox detalları onlardan gizli saxlanılır.
Polise.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat verir.
Qeyd olunur ki, Avropa tərəfinin rolu əsasən ABŞ-nin məqsədəuyğun saydığı hallarda ikitərəfli məsləhətləşmələrlə məhdudlaşır. Xüsusilə təhlükəsizlik zəmanətlərinin müəyyənləşdirilməsi kimi məsələlər yalnız Vaşinqtonla ayrıca müzakirə olunur.
Bildirir ki, Avropa ölkələri danışıqların bir çox mühüm aspektlərindən kənarda saxlanılıb.
Polise.az



