Kəlbəcərdə baş verən yanğın Laçın rayonunun ərazisinə keçib – FOTO

Kəlbəcərdə açıq ərazidə baş verən yanğın hadisəsi genişlənərək Laçın rayonunun ərazisinə keçib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hazırda yanğın hadisəsi Laçın rayonun adsız yüksəkliklərində quru ot massivində davam edir.

Yanğın olan əraziyə FHN-nin Laçın, Kəlbəcər, Gəncə və Tərtər yanğınsöndürən bölməsinin əməkdaşları cəlb olunub.

Hazırda yanğınsöndürənlər yanğınsöndürmə əməliyyatlarını davam etdirir.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button