Rusiyada məmurlara “donos” mükafatı veriləcək

Rusiya Federasiyasının Nijni Novqorod şəhərində məmurlar arasında korrupsiya ilə mübarizə üçün qeyri-adi mexanizm işə salınır.

Musavat.com xəbər verir ki, 2026-cı ilin 1 yanvarından etibarən şəhər administrasiyası daxilində çalışan dövlət qulluqçuları korrupsiya faktları barədə həmkarları haqqında məlumat verdikləri təqdirdə maaşlarının 50%-i həcmində bonus əldə edə biləcəklər.

Yeni qaydaların məqsədinin meriya daxilində korrupsiya risklərini azaltmaq və öz aralarında nəzarəti gücləndirmək olduğu bildirilir. Rusiya mediası yazır ki, bu model məmurlar arasında “özünü təmizləmə mexanizmi” yaratmağı hədəfləyir: yəni korrupsiyaya bulaşanlar həm cinayət məsuliyyətinə, həm də həmkarlarının donoslarına tuş gələrək sistemdən çıxarılacaq.

Bu addım müzakirələrə səbəb olub — bir qisim bunu korrupsiyaya qarşı effektiv vasitə sayır, digərləri isə idarələrdə gərginlik, qarşılıqlı şübhə və sağlam iş mühitinin dağılması riski kimi qiymətləndirir.

 

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button