NATO-Rusiya Şurası ləğv edildi

NATO-nun baş katibi Mark Rütte dekabrın 3-də alyansın xarici işlər nazirləri ilə görüşdə Rusiya–NATO Şurasının ləğv olunacağı barədə məlumat verib.
Teleqraf xəbər verir ki, bu barədə Brüsseldə keçirilən görüşdən sonra Polşa xarici işlər naziri Radoslav Sikorski jurnalistlərə açıqlamasında bildirib.
“Rusiya–NATO Şurası artıq mövcud deyil. Rusiya-NATO Şurası və Rusiya-NATO Təsis Aktı qüvvədə deyil”, – o qeyd edib.
Xatırladaq ki, Rusiya ilə NATO arasında münasibətlər 1990-cı illərin əvvəllərində qurulub.
1997-ci ildə tərəflər Təsis Aktı imzalayaraq bir-birini rəqib kimi tanımadıqlarını təsdiqləyib və məsləhətləşmələr mexanizmi yaradıb.
2002-ci ildə isə Rusiya–NATO Şurası formalaşdırılıb.
Polise.az



