Kreml: “Putin Trampın reaksiyasını gözləyir”- Moskvadan yeni açıqlamalar

Rusiya prezidenti Vladimir Putinlə ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff arasında çərşənbə axşamı keçirilmiş görüşün ardından Kreml Vaşinqtondan rəsmi reaksiyanı gözləyir.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov açıqlama verib.

Uşakov bildirib ki, Moskva ABŞ tərəfinin danışıqların nəticələrinə münasibətini görmək istəyir və məhz bu reaksiyadan sonra növbəti addımlar müəyyən ediləcək.

Prezident köməkçisi onu da qeyd edib ki, Putinlə Donald Tramp arasında telefon danışığı hələlik prezidentin qrafikində yoxdur, lakin ehtiyac yaranacağı təqdirdə belə əlaqə “çox asan və operativ şəkildə təşkil oluna bilər”. Onun sözlərinə görə, iki lider arasında birbaşa təmas üçün “lazımi şərtlər formalaşan kimi” danışıq dərhal təşkil ediləcək.

Uşakov həmçinin bildirib ki, Putin–Uitkoff görüşünün növbəti raundunun tarixi hələlik müəyyənləşdirilməyib və bu, hazırkı diplomatik proseslərin dinamikasından asılı olacaq.

Kreml qeyd edir ki, Rusiya ABŞ-la dialoqu davam etdirməkdə maraqlıdır və sülh prosesində irəliləyiş üçün qarşı tərəfin cavabını gözləyir.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button