Britaniya Rusiyanın 10,6 milyardını Ukraynaya verməyə hazırdır

Böyük Britaniya hökuməti öz ərazisində dondurulmuş 8 milyard funt sterlinq (10,6 milyard dollar) Rusiya aktivini Ukraynaya köçürməyə hazırdır.
Musavat.com xəbər verir ki, məlumatı The Times qəzeti kabinetdəki mənbəyə istinadən yayıb. Qəzetin məlumatına görə, Böyük Britaniya Qərb ölkələri arasında təzminat krediti ilə bağlı vahid mövqe barədə razılığa gəlməyə ümid edir. Qəzet əlavə edib ki, London hələ də Ukraynaya köçürülmək üçün Rusiya aktivlərinin müsadirə edilməsi üçün qəti bir metod hazırlamayıb.
Bundan əvvəl Avropa Komissiyası 2026-2027-ci illərdə Ukraynanın maliyyələşdirməni təmin etmək üçün “təzminat krediti” sxemi əsasında Avropadakı bütün dondurulmuş Rusiya aktivlərindən – yəni 210 milyard avrodan istifadə ertmək planını açıqlayıb. O, həmçinin Aİ-yə üzv olmayan Qərb ölkələrini bu təşəbbüsə qoşulmağa çağırıb.
Polise.az



