İsrailin baş naziri Toni Bleyerlə Qəzza planları ilə bağlı gizli görüş keçirib

İsrailin Baş naziri Benyamin Netanyahu təxminən bir həftə əvvəl Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer ilə Qəzza zolağında tənzimləmələrlə bağlı gizli görüş keçirib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail mediası məlumat yaıb.
Netanyahunun ofisi görüşün məzmunu ilə bağlı şərh verməkdən imtina edib.
“Bleyer Fələstin Administrasiyasının Qəzza zolağının daxilində müəyyən təyin olunmuş ərazilərin idarəçiliyini öz üzərinə götürməsini təklif edən bir təşəbbüs üzərində işləyir, tətbiq sınaq əsasında başlayır və uğurlu olarsa, daimi olacaq”, – KİV-lər yazıb.
Bildirilib ki, təşəbbüs Fələstin Muxtariyyətinin təsisatları daxilində islahatlarla şərtlənir.
İddialara görə, İsrailin təhlükəsizlik qurumu son bir neçə gün ərzində təklifi müzakirə edib və birmənalı şəkildə rədd etməyib, Bleyer isə planı irəli aparmaq üçün bir neçə ərəb dövləti ilə paralel təmaslar aparır.
Polise.az


