Sabir Rüstəmxanlı: Bakıda reklamlar Azərbaycan dilini silib-süpürüb aparır

Rəhbəri ana dilində danışa bilməyən müəssisələrdə Azərbaycan dilinə həsr edilmiş müzakirələr keçirilməlidir.

Polise.az xəbər verir ki, bunu Xalq şairi Sabir Rüstəmxanlı parlamentdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, qanunların dili sadə olmalıdır, adamların başa düşəcəyi dildə yazılmalıdır: “Təhsil haqqında” Qanunda məsələni mən də qaldırmışdım. Kampusa niyə tələbə yurdu deməyək? İndi süni intellekt dilimizə düşüb amma bu süni zəkadır. Bu gün Bakıda reklamlar Azərbaycan dilini silib-süpürüb aparır. Müstəqil ölkənin dilinə belə münasibət bəsləmək olmaz. Hətta maaşımızı alanda orada yazılır ki, sizin xahişiniz emal olunur. Bu nə deməkdir? Ona görə də bu gün terminologiya məsələsinə xüsusi yanaşmaq lazımdır”.

Sabir Rüstəmxanlı hesab edir ki, terminologiya məsələsində türk dilləri ilə koordinasiya olmalıdır: “Lüğət deyirik, amma bu əslində sözlükdür”.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button