DİN əməliyyat keçirib:Dadaşova saxlanılıb

Abşeron rayonunda bir nəfər alıcı kimi mağazaya daxil olaraq orada olan qızıl-zinət əşyalarını yoxlamaq adı ilə üzərinə taxıb və daha sonra gizlicə mağazadan uzaqlaşıb.
DİN-in Mətbuat xidmətindən Oxu24.com-a bildirilib ki, bu barədə polisə müraciət edən zərərçəkənə 3 480 manat maddi ziyan dəydiyi məlum olub.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı N.Dadaşova müəyyən olunaraq saxlanılıb.
Polise.az



