Ukrayna PUA-ları Rusiyanın maye qaz terminalını vurdu – Limanda 20-dən çox anbar yanıb

Bir neçə gün əvvəl Ukrayna Silahlı Qüvvələrinə (USQ) məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Azov dənizi sahilində yerləşən Temryuk limanının enerji infrastrukturuna silsilə zərbələr endirib. Hücum limanın mayeləşdirilmiş təbii qaz (LPG) terminalında böyük yanğınla nəticələnib.
Əməliyyat məlumatlarına və yerli mənbələrə əsasən, Temryuk limanındakı LPG terminalı Rusiya və Qazaxıstan istehsalı olan qazın ixracı üçün mühüm bir logistik qovşaqdır. Hücum nəticəsində terminalın infrastrukturuna ciddi ziyan dəyib.
Mövcud olan təxminən 30 anbarın 20-dən çoxu yanaraq məhv olub. Terminal ərazisindəki dəmir yolu vaqonlarına da ziyan dəyib. Bu zərər regionun enerji ixracat imkanlarına və logistikasına əhəmiyyətli təsir göstərəcək.
Rusiya Müdafiə Nazirliyi PUA hücumunu təsdiqləyərək, Kiyev rejiminin hərəkətləri nəticəsində liman infrastrukturunun elementlərinin zədələndiyini və yanğın baş verdiyini bəyan edib. Rəsmi məlumatlara görə, hadisə zamanı ölən və ya yaralanan olmayıb. Yanğın qısa müddət ərzində lokallaşdırılıb və söndürülüb.
Hərbi müşahidəçilərə görə, bu zərbə Ukraynanın Rusiyanın iqtisadiyyatına və hərbi təchizat yollarına zərbə vurmaq məqsədilə enerji obyektlərini, xüsusən də neft və qaz terminallarını hədəfə alması siyasətinin davamıdır. “AzPolitika.info”
Polise.az



