LAVROV ABŞ-nin TƏKLİFLƏRİNDƏN BİRİNİ AÇIQLADI – Və Avropanı hədələdi

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, Trampın elçisi Stiv Uitkoffun Moskvaya gətirdiyi ABŞ-nin Ukrayna ilə bağlı razılaşmasındakı məqamlardan birini açıqlayıb.

“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, Lavrovun sözlərinə görə, Uitkoffun Moskvaya gətirdiyi ABŞ təkliflərindən biri Ukraynada milli azlıqların hüquqlarının və dini azadlıqların təmin edilməsi zərurətini əhatə edir. Görünür, söhbət Ukraynada rus dilinin və Rus Pravoslav Kilsəsinin hansısa hüquqlarının tanınmasından gedir.

Lavrov həmçinin Avropanı Rusiyanın dondurulmuş aktivlərin müsadirəsinə və ya Avropa qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsinə cavab verəcəyi ilə hədələyib: “Biz cavab verəcəyik və biz buna hazırıq”.

Eyni zamanda, o, “Rusiyanın Avropa ilə müharibə etmək niyyətinin və belə bir düşüncəsinin olmadığını” bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl Vladimir Putin də eyni tip tezislərdən ibarət açıqlama vermişdi – həm Avropa ilə müharibə etmək istəmədiyini, həm də müharibəyə hazır oluğunu demişdi.

Lavrov həmçinin iddia edib ki, ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibənin “ilkin səbəblərini” başa düşən yeganə Qərb lideridir. Lakin eyni zamanda da Trampın Moskvaya qarşı sanksiyaları ləğv etməyə tələsmədiyindən, onları yalnız gücləndirdiyindən şikayətlənib.

Qərb mediasının yazdığına görə isə, Trampın elçiləri Stiv Uitkoff və Cared Kuşner Volodimir Zelenskiyə təklif olunan sülh planına cavab vermək üçün bir neçə gün vaxt veriblər. Plana əsasən, Ukrayna ərazi itkilərini qəbul etməlidir.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button