“Tramp Avropanın işinə qarışmasın”:Fon der Leyen

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen ABŞ Prezidenti Donald Trampa müraciət edərək Avropanın daxili işlərinə müdaxilə etməməyə çağırıb.

Teleqraf xəbər verir ki, o, bunu “Politico” nəşrinə müsahibəsində bildirib.

Fon der Leyen sözlərinə görə, heç bir kənar tərəf Avropanın məsələlərinə qarışmalı deyil. Bu açıqlama ABŞ-nin yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında Avropa İttifaqına yönəlik tənqidlərə cavab kimi qiymətləndirilir.

Aİ rəhbəri həmçinin ABŞ prezidentləri ilə həmişə çox yaxşı işgüzar münasibətlərinin olduğunu vurğulayıb.

Xatırladaq ki, ABŞ-nin yeni təhlükəsizlik strategiyasında ölkənin başlıca hədəflərindən birinin Avropanın müdafiə qabiliyyətini müstəqil şəkildə təmin etməsinə nail olmaq olduğu qeyd olunur.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button