ABŞ İrana qarşı yeni zərbələr endirə bilər-Tramp

Tehran Vaşinqtonla razılaşma əldə etməyib raket proqramını davam etdirərsə, ABŞ İrana qarşı yenidən hərbi zərbələr endirə bilər.

Polise.az  xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə görüşdə bildirib.

O iddia edib ki, ABŞ ordusunun əvvəllər İranın Fordo, Natanz və İsfahan şəhərlərindəki nüvə obyektlərinə endirdiyi zərbələr olmasaydı, Yaxın Şərqdə hazırkı vəziyyətə nail olmaq mümkün olmazdı.

Onun sözlərinə görə, İran nüvə proqramını bərpa etməyə cəhd göstərə bilər, lakin ABŞ buna imkan verməyəcək:

“Onların proqramı bərpa etməsi çox vaxt aparacaq. Amma razılaşma olmadan bunu etməyə çalışsalar, həmin obyektləri yenidən məhv edəcəyik. Raketlərini də çox qısa zamanda sıradan çıxara bilərik.”

İran xarici işlər naziri Abbəs Əraqçi isə noyabrda verdiyi açıqlamada Tehranın uranın sülhməramlı məqsədlərlə zənginləşdirilməsini davam etdirəcəyini, raket proqramının gələcəyinin isə müzakirə mövzusu olmadığını bildirmişdi.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button