Xəzər dənizindəki təhlükəli vəziyyətlə bağlı xəbərdarlıq edildi

“Xəzər dənizinin dayazlaşması dönməz hala gələ və ciddi nəticələrə səbəb ola bilər”.
Polise.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
“Xəzər dənizində hazırkı dayazlaşma tempində bu təhlükəli proses dönməz hala gələ və qaçılmaz olaraq ekoloji, sosial-iqtisadi və hətta siyasi nəticələrə səbəb ola bilər. Qazaxıstan ekosistemin dağılması və Xəzər dənizinin dayazlaşmasının qarşısını almağa yönəlmiş xüsusi dövlətlərarası proqramın hazırlanması təşəbbüsünü irəli sürüb”, – o, Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumunda çıxış edərkən qeyd edib.
Kaşım Jomart-Tokayev bütün beynəlxalq ictimaiyyəti Xəzər dənizinin qorunmasına yönəlmiş səyləri dəstəkləməyə çağırıb:
“Fikrimcə, su diplomatiyası sıx dövlətlərarası koordinasiya tələb edir. Mövcud beynəlxalq institutlar adətən məhdud səlahiyyətlər çərçivəsində dağınıq şəkildə fəaliyyət göstərirlər ki, bu da artan su problemlərinin miqyasına uyğun deyil”.



