Fidan: Ukrayna ağır, amma qaçılmaz qərarlar verməlidir

Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan edib ki, Avropa Ukraynanın son dərəcə çətin qərarlar qəbul etməsi prosesinə dəstək verməlidir.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, xüsusilə ərazi məsələləri ilə bağlı seçimlər olduqca ağrılı olsa da, daha böyük itkilərin qarşısını almaq üçün bəzən qaçılmaz ola bilər.

Fidan vurğulayıb ki, belə qərarlar “iki pis variantdan daha az zərərli olanı seçmək” məntiqi ilə qəbul edilə bilər və gələcək təhlükəsizlik zəmanətlərinin təmin olunmasına xidmət edə bilər.

Türkiyə XİN rəhbərinin bu açıqlaması Ukrayna ətrafında aparılan sülh danışıqları fonunda diqqət çəkir. Ekspertlər hesab edir ki, Ankaranın mesajı Avropaya yönəlib və Qərbin Kiyevdən tələb etdiyi çətin kompromislərə siyasi və diplomatik məsuliyyəti paylaşmalı olduğunu göstərir.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button