Uitkoff Ukrayna danışıqları üçün Avropa liderləri və Zelenski ilə görüşəcək

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoff bu həftəsonu Berlində Avropa liderləri və Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşlər keçirəcək.
Polise.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən yazıb.
Məlumata görə, 14-15 dekabr tarixlərində Uitkoff Böyük Britaniya, Almaniya və Fransa nümayəndələri ilə danışıqlar aparacaq. Qəzetin fikrincə, Vaşinqtonun Berlində danışıqlar üçün xüsusi elçi göndərməsi ABŞ və Kiyev arasında mümkün sülh sazişinin şərtləri ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmaq cəhdindən xəbər verir.
Görüşlərdə Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merts və onların müşavirlərinin iştirak edəcəyi gözlənilir. WSJ qeyd edir ki, Avropa liderləri əvvəlcə bu müzakirələri birbaşa Tramp ilə keçirməyi planlaşdırıblar.
Polise.az



