ABŞ konqresmeni:“Putinin Donbasda dayanacağını düşünmək ağılsızlıqdır”

ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratların liderlərindən olan Steni Hoyer Rusiya Prezidenti Vladimir Putini “diktator” adlandıraraq onun aqressiv siyasətinin illərdir davam etdiyini bildirib.
Hoyer qeyd edib ki, Putin öz hərbi və siyasi ekspansiyasını yalnız Ukrayna ilə məhdudlaşdırmayıb. Onun sözlərinə görə, Rusiya lideri əvvəlcə Gürcüstanı işğal edib, daha sonra Moldovadan Dnestryanı bölgəni ayırmaq üçün kampaniya aparıb. Hoyer xatırladıb ki, Putin 1994-cü il Budapeşt Memorandumuna baxmayaraq Krımı ilhaq edib.
ABŞ-li konqresmen vurğulayıb ki, bütün bu addımlar Putinin beynəlxalq hüquqa və öhdəliklərə məhəl qoymadığını açıq şəkildə göstərir. Hoyerin fikrincə, bu faktlar fonunda Rusiyanın yalnız Donbasla kifayətlənəcəyini düşünmək həm sadəlövhlük, həm də təhlükəlidir.
“Onun Donbasda dayanacağını düşünmək ağılsızlıq və təhlükəlidir”, – deyə Steni Hoyer bildirib.
Polise.az



