Hakabi:İran özünə gəlməlidir, yoxsa bu dəfə pis vurulacaq

“İran 12 günlük müharibə və Yaxın Şərqdəki son qarşıdurmalardan düzgün nəticə çıxarmalıdır”.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi deyib.
“Ümid edirəm ki, yeni müharibə baş verməz və İran özünə gələr”, – diplomat bildirib.
Hakabi xəbərdarlıq edib ki, ABŞ və İsrailin bundan əvvəlki addımları açıq mesaj xarakteri daşıyıb:
“Qatırın ikinci təpiyi dərs vermək üçün olmayacaq. İran bu barədə yaxşı düşünməlidir”.
Polise.az



