Xarici texniki kəşfiyyata qarşı fəaliyyət qaydalarında dəyişiklik edilib

Nazirlər Kabineti xarici texniki kəşfiyyata qarşı fəaliyyətlə bağlı məlumat sisteminə dair qaydalarda dəyişiklik edib.
Polise.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliklər Nazirlər Kabinetinin 2020-ci il 29 yanvar tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”na və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nə şamil olunur.
Qərar Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli, eləcə də “Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin yaradılması haqqında” 2025-ci il 30 iyun və “Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” 2025-ci il 29 avqust tarixli fərmanlarının icrasını təmin etmək məqsədi daşıyır.
Qərara əsasən, qeyd olunan sənədlərdə dəyişiklik təsdiqlənib. Dəyişikliklərə dair əlavə məxfi xarakter daşıyır.
Polise.az



