Zelenski İlham Əliyevə Ukraynaya göstərilən dəstəyə görə təşəkkür etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə ölkəsinə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Polise.az xəbər verir ki, bu barədə Volodimir Zelenski İlham Əliyevə doğum günü münasibətilə ünvanladığı təbrik məktubunda qeyd edib.
“Ukrayna Rusiya Federasiyasının silahlı təcavüzü şəraitində göstərilən həmrəylik və praktiki dəstəyə görə Sizə və Azərbaycan xalqına dərin minnətdarlığını bildirir. Xüsusilə ölkənin enerji sistemi obyektlərinin fəaliyyətinin təmin edilməsi məqsədilə göstərilən humanitar yardım, Kiyev vilayətində işğaldan azad edilmiş İrpin şəhərinin yenidən qurulmasında iştirak, cəbhəyanı regionlardan olan ukraynalı uşaqların sağlamlığının bərpası və reabilitasiyası yüksək dəyərləndirilir”,- o qeyd edib.
Polise.az



