Ukrayna olmasaydı, Moskva Polşa ilə məşğul olacaqdı-Zelenski

“Ukrayna müstəqil olmasaydı, Rusiya Polşa ilə məşğul olacaqdı. Bizim mövcudluğumuz vacibdir. Bizim birlikdə olmağımız zəruridir”.

Polise.az  xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Varşavada Polşa prezidenti Karol Navrotski ilə keçirdiyi mətbuat konfransında bildirib.

“Ukrayna təkcə özünü deyil, həm də Avropanı müdafiə edir. Bunu biz xalqımızın həyatı ilə ödəyirik”, – deyə Ukrayna Prezidenti vurğulayıb.

O həmçinin siyasətçiləri iki xalqın birliyini pozan açıqlamalar verməməyə çağırıb.

“Hamımız diqqətli və ehtiyatlı olmalıyıq. Rusiya bizim parçalanmağımızı istəyir. Biz onlara buna imkan verməyəcəyik”, – deyə o bildirib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button