Tramp Ukrayna ilə bağlı danışıqlar ərəfəsində Floridaya səfər edəcək

ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı yeni danışıqlar ərəfəsində Floridaya səfər etməyi planlaşdırdığını bildirib.

Polise.az  xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, səfər əsasən işgüzar xarakter daşıyacaq və ştatda bir sıra görüşlər nəzərdə tutulub.

“Qısa müddətlik Floridaya gedəcəyik. Əsasən işlə bağlıdır. Orada çoxsaylı görüşlər planlaşdırılıb”, – deyə ABŞ prezidenti vurğulayıb.

Tramp bildirib ki, səfər çərçivəsində sığorta şirkətləri ilə də danışıqlar aparılacaq. Məqsəd tibbi sığorta tariflərinin aşağı salınması imkanlarını dəyərləndirməkdir. O qeyd edib ki, bu mümkün olmasa, hökumət vətəndaşlara birbaşa ödəniş etmə variantını nəzərdən keçirə bilər.

Qeyd edək ki, ABŞ mediasının məlumatına görə, Ukrayna üzrə növbəti danışıqların Mayami şəhərində keçirilməsi gözlənilir. Görüşlərdə ABŞ və Ukrayna nümayəndələri ilə yanaşı, bir sıra Avropa ölkələrinin, həmçinin Türkiyə və Qətərin rəsmi təmsilçilərinin iştirakı ehtimal olunur.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button