Yaponiya öz süni intellektini hazırlamağa 3 trilyon xərcləyəcək

Yaponiya hökuməti özəl sektorla birlikdə milli süni intellekt (Sİ) modelinin hazırlanmasına təxminən 3 trilyon yen (cari məzənnə ilə təxminən 19 milyard dollar) xərcləmək niyyətindədir.

Musavat.com xəbər verir ki, məlumatı “Yomiuri” qəzeti yayıb. Məlumata görə, birgə layihədə SoftBank kimi nəhənglər də daxil olmaqla 10-dan çox yerli şirkət iştirak edəcək. Qəzet yazır ki, Yaponiya hökuməti xərclərin təxminən üçdə birini ödəmək, qalan vəsaitin isə özəl firmalar tərəfindən yatırılması niyyətindədir.

Yaponiyanın öz Sİ-nin hazırlanmasına 2026-cı ildə başlanacağı gözlənilir. Buraya, digər şeylərlə yanaşı, ən müasir məlumat mərkəzlərinin tikintisi də daxil olacaq. Bu Sİ modelinin yerli istehsal robototexnikasında da istifadə ediləcəyi gözlənilir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button