Türkiyədə FETÖ-yə qarşı növbəti əməliyyat – 76 nəfər saxlanıldı

Türkiyədə son iki həftə ərzində FETÖ-yə qarşı keçirilən əməliyyatlar zamanı 76 şübhəli saxlanılıb, onlardan 50-si barəsində həbs qətimkan tədbiri seçilib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkəsində yazıb.

Nazirin bildirdiyinə görə, əməliyyatlar Adana, Ankara, İstanbul, İzmir, Bursa, Diyarbəkir, Hatay, Şanlıurfa, Samsun, Konya, Kayseri daxil olmaqla ümumilikdə 30-a yaxın vilayətdə həyata keçirilib.

Son iki həftə ərzində saxlanılan şəxslərin FETÖ-nün hazırkı strukturlarında fəaliyyət göstərdiyi, anketli telefonlar vasitəsilə təşkilat üzvləri ilə əlaqə saxladıqları, terror təşkilatı ilə əlaqəli qondarma yardım qurumlarını maliyyələşdirdikləri, eləcə də sosial şəbəkələrdə FETÖ təbliğatı apardıqları bildirilib.

Nazir əlavə edib ki, 2025-ci ilin əvvəlindən bu günədək FETÖ-yə qarşı aparılan əməliyyatlar çərçivəsində 1601 şübhəli həbs edilib, 1524 nəfər barəsində isə məhkəmə nəzarəti qərarı verilib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button