Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik etdi

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Teleqraf xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.

Məmnunluqla qeyd etmək istərdim ki, Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası sosial-iqtisadi inkişafda və xalqın həyat səviyyəsinin ardıcıl şəkildə yüksəldilməsində mühüm uğurlara nail olub”

Qurbanqulu Berdiməhəmmədov həmçinin Türk Dövlətləri Təşkilatının Sammitində iştirak etmək məqsədilə Azərbaycana səfəri çərçivəsində Qəbələ şəhərində keçirilmiş görüşü səmimiyyətlə xatırladığını qeyd edib. O, birgə səylər nəticəsində Türkmənistan–Azərbaycan əməkdaşlığının gələcəkdə də qardaş xalqların maraqları naminə inkişaf edəcəyinə əminliyini ifadə edib.

Məktubda ölkələr arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və genişləndirilməsinə verdiyi şəxsi töhfəyə görə Prezident İlham Əliyevə minnətdarlıq bildirilib.

Sonda Türkmən xalqının Milli Lideri dövlət başçısına möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətində uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, tərəqqi və davamlı firavanlıq arzulayıb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button