NATO-dan SON DƏQİQƏ XƏBƏRDARLIĞI – Rusiya hücuma keçərsə…

NATO-nun baş katibi Mark Rütte bəyan edib ki, Vladimir Putin mümkün atəşkəsdən sonra yenidən hücuma keçərsə, bir sıra Avropa ölkələri Ukraynaya qoşun göndərməyə hazırdır.

Musavat.com xəbər verir ki, o, bu fikirləri “Bild” nəşrinə verdiyi müsahibədə səsləndirib.

Rüttenin sözlərinə görə, bəzi Avropa dövlətləri “əgər buna ehtiyac yaranarsa” hərbi kontingent təqdim etməyə hazır olduqları barədə siqnal veriblər.

Baş katib qeyd edib ki, hazırda “istəklilər koalisiyası” konsepsiyası üzərində iş aparılır və bu çərçivədə mümkün hərbi qüvvələrin quruda, dənizdə və havada yerləşdirilməsi ilə bağlı detallı planlar hazırlanır.

Rütte izah edib ki, müttəfiqlər Ukraynanın sülh razılaşmasından sonra bir daha heç vaxt hücuma məruz qalmaması üçün üçsəviyyəli çəkindirmə sistemi yaratmağa çalışırlar. Birinci səviyyə – ölkəni müstəqil şəkildə müdafiə edə bilən güclü Ukrayna silahlı qüvvələridir. İkinci səviyyə – əlavə təhlükəsizlik zəmanətləri verəcək “istəklilər koalisiyasıdır”. Üçüncü səviyyə isə ABŞ-ın dəstəyidir.

“Hazırda biz bu üç elementi elə birləşdirmək üzərində işləyirik ki, Putin açıq şəkildə başa düşsün: Ukraynaya bir daha əl uzatmaq olmaz”, – deyə Rütte vurğulayıb.

NATO baş katibi bildirib ki, hazırda Ukraynada sülhün əldə olunmamasının yeganə səbəbi Vladimir Putinin mövqeyidir. Onun sözlərinə görə, Putin son dərəcə məhdud hərbi nəticələr naminə böyük sayda rus əsgərini qurban verməyə hazırdır.

“Cari il ərzində Rusiya Ukrayna ərazisinin cəmi 1 faizindən də azını ələ keçirib, halbuki Rusiya tərəfinin itkiləri – ölən və yaralananlar daxil olmaqla – 1,1 milyon nəfərə çatır. Bu, dəhşətlidir, amma üzləşdiyimiz reallıq budur”, – deyə Rütte qeyd edib.

O, həmçinin ABŞ-ın Ukraynaya dəstəyinin dayandırılacağını gözləmədiyini bildirib. Rütte əlavə edib ki, Haaqada keçirilən sammitdə ABŞ prezidenti Donald Tramp Ukraynanın möhkəmləndirilməsinə sadiqliyini bir daha təsdiqləyib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button