Rusiya Paşinyanı təhdid etdi: “Ukrayna dərslərini nəzərə al”

Kremlin əsas “informasiya güclərindən” biri sayılan Sputnik Ermənistanın İrəvandakı şəbəkəsinin əlaltı “köşə yazarı” Arman Abovyan Paşinyana Kremlin əli ilə hədələyici mesajını verdi.

Musavat.com xəbər verir ki, özünü “analitik mövqe” kimi təqdim edən bu çıxış əslində Moskvanın Ermənistana ünvanladığı açıq xəbərdarlıqdır.

Avropa İttifaqını “demokratiyanın beşiyi” adlandıran Abovyan, eyni zamanda Aİ-nin “Ermənistana yardım” təşəbbüslərini şübhə altına alır və bu prosesi guya “xarici təhdidlərə”, yəni Rusiyaya qarşı yönəlmiş addımlar kimi təqdim edir. Məqalənin əsas xətti Ermənistanın Qərblə yaxınlaşmasının təhlükəli nəticələrə aparacağı tezisi üzərində qurulub.

Bu kontekstdə Ukrayna nümunəsi qabardılır. Abovyan iddia edir ki, Ukrayna Qərb tərəfindən sadəcə istifadə olunmayıb, şüurlu şəkildə qurban verilib. Onun fikrincə, verilən vədlər və təhlükəsizlik zəmanətləri ölkəni uzunmüddətli müharibəyə, dağıntılara və böyük insan itkilərinə sürükləyib.

Kremlə yaxın köşə yazarı açıq şəkildə mesaj verir: Ermənistan “Ukrayna dərslərini” diqqətlə öyrənməlidir. Məqalədə əsas xəbərdarlıq bundan ibarətdir ki, ölkə müxtəlif güc mərkəzləri arasında qarşıdurma meydanına çevrilərsə, bunun nəticəsi fəlakətli olacaq.

Yazıda vurğulanır ki, böyük güclərin geosiyasi oyunlarında “yardım” adı altında irəli sürülən ssenarilər əksər hallarda həmin ölkələrin deyil, bu planları quran mərkəzlərin maraqlarına xidmət edir. Ermənistan üçün isə ən təhlükəli yol başqalarının savaşını öz ərazisində aparmağa razılaşmaqdır.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button