Ankarada Liviyanın Baş qərargah rəisinin də olduğu təyyarə qəzaya uğradı – YENİLƏNDİ/FOTO/

Ankara yaxınlığında Liviya hərbi nümayəndə heyətini daşıyan biznes təyyarəsinin qəzaya uğraması anı paylaşılıb.

Teleqraf xəbər verir ki, videonu Türkiyə KİV-ləri yayımlayıb.

***
00:39

Liviya hökuməti Türkiyədə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Məhəmməd Əli Əhməd əl-Həddaf və onu müşayiət edən nümayəndə heyətinin üzvlərinin təyyarə qəzasında həlak olduqlarını təsdiqləyib.

***

23:14

Ankarada Liviya baş qərargah rəisinin də olduğu təyyarə qəzaya uğrayıb.

Teleqraf xəbər verir ki, “Dassault Falcon 50” tipli təyyarədə Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Məhəmməd Əli Əhməd Əl-Həddad və onun 5 nəfərlik nümayəndə heyəti olub. Uçuş heyətinin tərkibində 2 pilot və 1 bort bələdçisi olub.

Təyyarənin qalıqları tapılıb.

Məhəmməd Əli ƏhmƏd Əl-Həddad bu gün Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə görüşüb.

Hadisədən sonra Ankarada uçuşlar müvəqqəti olaraq dayandırılıb.

Türkiyə mətbuatı Ankarada hava limanı yaxınlığında partlayış səslərinin eşidilməsi barədə məlumat yayıb.https://t.me/telegrafmedia/28670?embed=1

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button